İranda qalan Azərbaycan vətəndaşlarının quru yolla ölkəyə qayıtmasına şərait yaradılacaq - Səfirlik
Reyslərin ləğv olunması səbəbindən İranda qalan Azərbaycan
vətəndaşlarının quru yolla ölkəyə qayıtmasına şərait
yaradılacaq.
Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat
verilib.
Bildirilib ki, Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş,
lakin reyslərin ləğv olunması səbəbindən ölkəyə qayıda bilməyən
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında
fəaliyyət göstərən quru yol sərhəd-keçid məntəqələri vasitəsilə
qayıdışına köməklik göstəriləcək və onların ölkəyə qayıdışı təmin
ediləcək. Bu məqsədlə vətəndaşlardan Azərbaycan Respublikasının
İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki
Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.
"İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan
Respublikası vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin
aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə
olunur.
Əlavə məlumat və dəstək üçün:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı
Səfirliyinin qaynar xətt nömrələri:
+989018845531
+989055230107
+982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun
qaynar xətt nömrələri:
+989144721410
+984133334802"
Mənbə: https://az.trend.az/azerbaijan/society/4226761.html