Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
14°C Ucar

“8 Noyabr – Şanlı Tariximizin Zəfər Zirvəsi” adlı tədbir keçirilib

06 Noyabr 2026, 11:08 0 baxış

06.11.2026-cı il tarixdə Qarabağ Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Kosalar kənd Mədəni-Maarif müəssisələri işçilərinin birgə təşkilatçılığı ilə "8 Noyabr-Şanlı Tariximizin Zəfər Zirvəsi" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açıq elan etdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məruzə dinlənildi. Məruzə ətrafında çıxışlar davam etdirildi. Çıxışlarda 8 Noyabr şanlı Zəfər tariximizin əhəmiyyətindən danışıldı.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və xalq ordu birliyinin gücü nəticəsində Azərbaycan xalqının düşmən üzərindəki parlaq qələbəsi xüsusi vurğulandı. Gənc nəslin vətənpərpərvlik ruhunda tərbiyyə edilməsi yolunda dövlətimizin həyata keçirdiyi siyasətin uğurla davam etdirildiyi diqqətə çatdırıldı. Məktəblilərin ifasında bədii kompozisiya nümayiş etdirildi. Daha sonra muzeydə Tofiq Məmmədovun yaratdığı əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə