Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
14°C Ucar

Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"

31 Oktyabr 2026, 21:39 0 baxış

Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir.


Oxu.Az xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:


"Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzində hələ heç vaxt qadın federal prezident olmayıb".


Onun fikrincə, hazırda hər kəs dövlət başçısı vəzifəsinə qadının seçilməsi vaxtının çatıb-çatmadığı barədə düşünməlidir. Keçmiş kansler bu posta layiq olan qadın siyasətçiləri tanıdığını qeyd etsə də, onların adlarını açıqlamaqdan imtina edib.


Nəzərə çatdıraq ki, 2027-ci ilin yanvar ayının 30-da Almaniya dövlətinin növbəti rəhbərini seçmək məqsədilə xüsusi orqan olan Federal Məclis toplanacaq. Həmin qurum 1 260 nümayəndədən ibarətdir, onların tən yarısı Bundestaqın deputatları, digər yarısı isə federal əyalətlərin parlamentləri tərəfindən irəli sürülmüş seçicilərdir.


Xatırladaq ki, Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer iki müddət ardıcıl olaraq bu vəzifəni icra etdiyi üçün yenidən öz namizədliyini irəli sürə bilməz.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə