Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
14°C Ucar

Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro vəsait ayıracaq

30 Oktyabr 2026, 22:45 0 baxış

Avropa Komissiyası 2027-ci ildə Ukraynaya 45 milyard avro
həcmində maliyyə dəstəyinin göstərilməsini təsdiqləyib.


Bu barədə qurumun yaydığı məlumatda bildirilib.


Məlumata əsasən, Avropa Komissiyası Aİ Şurasının Ukraynaya
ayrılması planlaşdırılan kreditin 2027-ci ilə nəzərdə tutulan 45
milyard avroluq qalan hissəsinin təsdiqinə dair təklifini qəbul
edib.

Qeyd edək ki, Kiyev 2027-ci il üçün Avropa İttifaqından
ümumilikdə 70 milyard avro maliyyə yardımı istəyib. Avropa
Komissiyasının açıqlamasına görə, ayrılacaq vəsaitin 13,3 milyard
avrosu Aİ büdcəsinin maliyyələşdirilməsinə, 31,7 milyard avrosu isə
silah tədarükünə sərf olunacaq.


Komissiya əlavə maliyyə resurslarının cəlb edilməsi imkanlarını
da nəzərdən keçirəcəyini açıqlayıb. Bununla belə, əlavə vəsaitin
hansı mənbələrdən əldə ediləcəyi barədə məlumat verilməyib.


Avropa Komissiyası ayrılan məbləği kredit kimi təqdim etsə də,
faktiki olaraq bu vəsait Ukraynaya geri qaytarılmamaq şərti ilə
veriləcək. Kredit üzrə faiz ödənişləri isə Avropa İttifaqının
büdcəsi hesabına həyata keçiriləcək.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə